Peşəkar Konsultasiya Şirkəti

Potensialı reallaşdırırıq, dayanıqlı inkişafı təmin edirik

Bizneslərin və dövlət təşkilatlarının ehtiyaclarına uyğun nəticə yönümlü transformasiya həlləri təqdim edirik.

9+Xidmət istiqaməti
2Sektor: dövlət & özəl
100%Nəticə yönümlü

Sizin transformasiya tərəfdaşınız

“Equa Consulting” MMC bizneslərin və dövlət təşkilatlarının potensialını reallaşdırmaq və dayanıqlı inkişafını təmin etmək məqsədilə nəticə yönümlü transformasiya həlləri təqdim edən peşəkar konsultasiya şirkətidir.

Şirkət biznes və dövlət qurumlarının ehtiyaclarına uyğun analitika və araşdırma, strateji planlaşdırma və siyasət sənədlərinin hazırlanması, prosedur və komplayns sistemlərinin qurulması, brend, marketinq, satış xidmətlərinin verilməsi, rəqəmsallaşma həllərinin hazırlanması və təlim xidmətləri göstərir.

Təqdim edilən xidmətlər beynəlxalq təcrübə, müasir idarəetmə standartları və sektorun aktual tələbləri nəzərə alınmaqla həyata keçirilir. Göstərdiyimiz xidmətlər müştərilərə institusional dəyər yaradan, uzunmüddətli təsirə malik, etibarlı və effektiv həllər təqdim etməyə yönəlib.

Missiyamız — təşkilatların tam potensialını reallaşdırmasına və dəyişən biznes mühitinə uğurla uyğunlaşmasına imkan verən etibarlı, innovativ və dayanıqlı həllər təqdim edərək uzunmüddətli dəyər yaratmaqdır.

Tam spektrli konsultasiya həlləri

Araşdırma və təhlil

  • Bazar araşdırmaları — mövcud şərait, trendlər və rəqabətə dair təhlil
  • Biznes diaqnostika sənədləri — güclü və zəif tərəflərin müəyyənləşdirilməsi
  • Fezabiliti təhlili — layihə imkanları və risklərinin qiymətləndirilməsi

Siyasət və strateji idarəetmə

  • Konsepsiyalar — sosial, iqtisadi və ekoloji məsələlər üzrə
  • Strateji planların hazırlanması
  • Tədbirlər planı və icra addımları
  • İcra və idarəetmə mexanizminin qurulması

Tənzimləyici çərçivə və komplayns

  • Qanunvericilik təklifləri
  • Standartlar və prosedurların hazırlanması
  • İdarəetmə və EGS hesabatları

Layihə idarəetməsi

  • İdarəetmə və inkişaf layihələri
  • Korporativ sosial məsuliyyət layihələri

Təlimlər

  • Peşəkar və fərdi inkişaf təlimləri
  • İdarəetmə, biznes inkişafı və şəxsi bacarıqlar üzrə

Monitorinq və qiymətləndirmə

  • Strateji planların qiymətləndirilməsi və monitorinqi
  • Tənzimləyici təsirin analizi

Brendinq və marketinq

  • Sosial media idarəçiliyi (SMM)
  • Vebsaytların hazırlanması
  • Brend dizaynı — loqo, rəng palitrası, korporativ üslub

Satınalma xidmətləri

  • Tender xidmətləri — izlənilmə, sənədləşmə və tam müşayiət

Rəqəmsallaşma həlləri

  • Biznes proseslərinin optimallaşdırılması
  • Rəqəmsal xidmətlər — proqram təminatı və avtomatlaşdırma

Fəaliyyətimizin əsasını təşkil edən dəyərlər

01

Peşəkarlıq

02

Şəffaflıq

03

Məsuliyyət

04

İnnovasiya

05

Nəticəyönümlülük

Layihənizi birlikdə müzakirə edək

Sualınız və ya əməkdaşlıq təklifiniz var? Bizimlə əlaqə saxlayın — sizə ən uyğun həlli təqdim edək.